Əli Kərimli sərbəst buraxıldı - 2500 manat cərimələndi
Səbail Rayon Məhkəməsində AXCP sədri Əli Kərimli və digər 10 nəfərin məhkəməsi başlayıb. Aksiyada saxlanılan şəxslər məhkəmə binasına gətirilib. Onların bir neçəsinin vəkili olmadığı üçün proses bir qədər gec başlayıb.
Ə.Kərimlinin vəkili Fuad Ağayev məhkəmədədir.
Ə.Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.1-ci ( Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) və 513.2-ci (“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddələri ilə ittiham edilib.
Digər şəxslər isə sadəcə 513.2-ci maddə ilə təqsirli bilinib. Onlar noyabrın 17-də Dirçəliş Günü ilə bağlı yürüş keçirmək istəyərkən saxlanılıblar.
Məhkəmənin qərarı ilə saxlanılanların bir neçəsi 400 və 500 manat məbləğində cərimələnib.
Məhkəmənin qərarı ilə Əli Kərimli 2500 manat cərimə olunub və sərbəst buraxılıb.
Saxlanılan partiya üzvlərindən 3 nəfər –Cavid İbrahimov, Ağababa Cəfərli və Ruslan Əmirov 20 sutka müddətinə inzibati qaydada həbs ediliblər. Qalan 8 nəfər pul cəriməsi edilib.
-
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
...
-
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar
...
-
Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - Foto
...
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
...
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...