“Bu gün vacib qərarlar qəbul edəcəyik” - Əliyev Lukaşenkoyla görüşdə +Fotolar

16:04 19-11-2018 | icon 3156
“Bu gün vacib qərarlar qəbul edəcəyik” - Əliyev Lukaşenkoyla görüşdə +Fotolar

Prezident İlham Əliyevin noyabrın 19-da Minskdə rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Belarus dövlət başçısı Aleksandr Lukaşenko prezident İlham Əliyevi qarşılayıb. 

Daha sonra hər iki liderin görüşü Minksdə Müstəqillik sarayında davam etdirilib. 

“Belarus sizi gözləyirdi. Rəsmi səfərlə bağlı çoxlu informasiyalar var idi. Bununla belə, müxtəlif səbəblər göstərilirdi. Bəzən “feyk” olurdular. Hərçənd, bu da nəticədir” deyə Belarus lideri bildirib.

Prezident İlham Əliyev isə həmkarı ilə görüşü zamanı qeyd edib ki, bütün istiqamətlərdə Belarus-Azərbaycan əməkdaşlığının konkret nəticələri var: “Bizim əlaqələrimizi fərqləndirən, razılaşdığımız hər şeyi yerinə yetirməyimizdir. Bir-birimizi bütün beynəlxalq strukturlarda dəstəkləyirik və ticari-iqtisadi əməkdaşlığımız artır. Əminəm ki, biz bu gün vacib qərarlar qəbul edəcəyik”. 

Dövlət başçısı sonda Belarus liderini Azərbaycana rəsmi səfərə dəvət edib. 

 

 








Digər xəbərlər

0.27464008331299