Azərbaycan-Belarus sənədləri imzalanıb - Foto

17:57 19-11-2018 | icon 3471
Azərbaycan-Belarus sənədləri imzalanıb - Foto

Noyabrın 19-da geniş tərkibdə görüş başa çatdıqdan sonra prezidentlər İlham Əliyev və  Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan və Belarus Prezidentinin Birgə Bəyanatını İlham Əliyev və Aleksandr Lukaşenko imzalayıb.

Sosial-əmək sahəsində əməkdaşlıq məsələləri üzrə Anlaşma Memorandumunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və İrina Kosteviç imzalayıb. 

Rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolunu nazir Ramin Quluzadə və həmkarı Konstantin Şulqan imzalayıb. 

Hər 2 ölkənin Fövqəladə Hallar Nazirlikləri arasında 17 oktyabr 2006-cı il tarixində Minskdə imzalanmış əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsinə dair 2019-2021-ci illər üzrə Kompleks Tədbirlər Planını Kəmaləddin Heydərov və Vladimir Vaşenko imzalayıb. 

Hava hücumundan müdafiə silah və texnikasının təchiz olunması sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumunu müdafiə naziri Zakir Həsənov və Belarusun Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Roman Qolovçenko imzalayıb. 

Kənd təsərrüfatı və ərzaq sahəsində əməkdaşlıq haqqında Sazişi kənd təsərrüfatı naziri İnam Kərimov və nazir müavini Vladimir Qrakun imzalayıb. 

Məhkəmə-ekspertiza fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Sazişi səfiri Lətif Qəndilov və Belarusun Məhkəmə Ekspertizası Dövlət Komitəsinin sədri Andrey Şved imzalayıb.

Baş Prokurorluqlar arasında əməkdaşlıq haqqında Sazişi baş prokuror Zakir Qaralov və həmkarı Aleksandr Konyuk imzalayıb.

Miqrasiya sahəsində əməkdaşlıq haqqında Sazişi xarici işlər naziri Elmar Məmmədyarov və Belarusun daxili işlər naziri İqor Şuneviç imzalayıb. 

Sənədlərin imzalanmasından sonra ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş birgə poçt markasının buraxılışı mərasimi olub. Dövlət başçıları markaları xüsusi ştamplarla möhürləyiblər.

Prezident İlham Əliyev və Aleksandr Lukaşenko üzərində marka olan zərfi imzalayıblar. 


Digər xəbərlər

0.26157903671265