Nizamidə rayon müşavirəsi keçirildi
Bu gün Nizami Rayon İcra Hakimiyyəti FHN Bakı Regional Mərkəzi ilə birgə “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirib.
Müşavirədə FHN Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğın Nəzarəti və FHN Dövlət Yanğından Mühafizə Xidmətlərinin nümayəndələri, Rayon İcra Hakimiyyətinin əməkdaşları, özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat və xidmət sahələrinin, səhiyyə və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov müzakirə edilən mövzunun təkcə qış mövsümündə deyil, bütün ilboyu öz aktuallığını saxladığını qeyd edərək, yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsinin, müvafiq maarifləndirmə işlərinin və aidiyyəti qurumların birgə fəaliyyətinin təşkilinin vacibliyini diqqətə çatdırıb.
Müşavirənin gedişində məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunub.
Müşavirəyə yekun vuran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov diqqətə çatdırılan tövsiyələrin icrasının təmin edilməsi və gələcəkdə bədbəxt hadisələrin qarşısının alınması məqsədilə ciddi tədbirlərin görülməsi və nəzarətin gücləndirilməsi üçün müvafiq təşkilat rəhbərlərinə tapşırıqlarını verib.
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...