Lənkəranda payız-qış mövsümünə hazırlıq
Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı yanında “2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı Şura iclası keçirilib.
Şura iclasının qərarında əksini tapmış məsələlərlə bağlı tədbirlər planı tərtib olunaraq icrasına başlanılıb. Ötən müddət ərzində aidiyyəti təşkilatlar tərəfindən payız-qış mövsümünə hazırlıq işlərinin başa çatdırılması ilə əlaqədar müvafiq tədbirlər görülüb. Şəhərdə çoxmənzilli binaların dam örtükləri və fasadlar əsaslı təmir olunaraq yenidən qurulub. Təhlükə yaradan ağaclar budanıb, arxlar tullantılardan təmizlənib. Elektrik şəbəkəsinin yarımstansiyalarında təmir-bərpa işləri görülüb, sıradan çıxmış transformatorlar, elektrik dirəkləri və naqillər yeniləri ilə əvəzlənib. Ümumilikdə 50 ədəd transformator yarımstansiyasında təmir işləri aparılıb, 6 ədəd 10/0,4 kilovoltluq yeni elektrik transformatoru quraşdırılıb, müasir tipli yeni 110/10 kv-luq Lənkəran II yarımstansiyası inşa olunaraq istismara buraxılıb.
Əhalinin mavi yanacaqla təchizatı sahəsində də tədbirlər davam etdirilib, qazpaylayıcı stansiyalarda yenidənqurma işləri aparılıb, 5646 p/metr yeni qaz xətləri çəkilib, 768 ədəd istismar müddəti bitmiş qaz sayğacı yenisi ilə əvəzlənib. Rayonun Haftoni qəsəbəsi və Xanlıqlı kəndi mavi yanacaqla təmin olunub. Şovu, Əşlə və Mollakənd kəndlərinə də təbii qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir.
Mövsümə hazırlıqla əlaqədar Su-kanal idarəsi tərəfindən nasos stansiyalarının sıradan çıxmış avadanlıqları, maşın-mexanizmlər, qəzalı xətlər əsaslı təmir olunaraq işlək vəziyyətə gətirilib.
Şura iclasında çıxış edən İcra başçısı Taleh Qaraşov payız-qış mövsümü ilə əlaqədar görülən tədbirlərin vacibliyini diqqətə çatdıraraq bu sahədə işlərin davamlı olaraq aparılması, eləcə də yol verilən nöqsanların qısa müddətdə aradan qaldırılması ilə bağlı əlaqədar məsul şəxslərə tövsiyyə və tapşırıqlarını verib.
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...