Prezident onlara general rütbəsi verdi

20:52 20-11-2018 | icon 3708
Prezident onlara general rütbəsi verdi

Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında  sərəncam imzalayıb.

Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Ceyhun Əkbər oğlu Həsənova ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.

Penitensiar xidməti rəisinin müavinləri Məhərrəm Allahverdi oğlu Qafarova və Oqtay İlyas oğlu Məmmədova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.

Nazirliyin aşağıdakı əməkdaşları isə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi ilə təltif olunublar: 

Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Fazil oğlu Əbilov

Bələdiyyələrlə iş mərkəzinin rəisi Zahir Məmməd oğlu Əlizadə

İcra baş idarəsinin rəisi Nurəddin Yusif oğlu Mustafayev.


Digər xəbərlər

0.26886105537415