Tanınmış aktyor məktəb direktorunu döyüb - Vəziyyəti ağırdır
“Dolu” filminin məşhur aktyoru, “Drakon” obrazını canlandıran Rza Rzayev qalmaqal yaşadığı məktəb direktorunu döyüb.
Hadisə Nizami Rayon Məhkəməsinin qarşısında baş verib.
Xatırladaq ki, bir neçə ay əvvəl qohumunun işdən çıxarılmasına etiraz edən Rza Rzayev bu qərarını dəyişməsi üçün məktəbə gedərək direktorla mübahisə etmişdi.
Hadisə 220 nömrəli məktəb-liseydə baş vermişdi. Belə ki, təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra özünü Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun yanına gələrək məsələni “həll eləməyə” çalışıb. Amma ortaya xoşagəlməz mənzərə çıxmışdı. “Drakon” məktəb direktorunun ünvanına nalayiq ifadələr səsləndirmişdi.
Bütün bu olanlar direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülənmişdi. Bu qalmaqal məhkəmə müstəvisinə çıxmış və tərəflər bir-birindən şikayətçi olmuşdular.
Bu gün məhkəmə iclasından sonra tərəflər arasında yenidən mübahisə düşüb. Rza Rzayev məktəb direktorunu döyərək ağır bədən xəsarətləri yetirib.
Direktor hazırda 3 saylı Sabunçu xəstəxanasındadır. R.Rzayevin isə polis tərəfindən saxlanılıb-saxlanılmaması dəqiq deyil.(Musavat.com)
-
Narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib - DSX
...
-
Rəşad Dağlının həmin gün dedikləri - İlk video
...
-
Azərbaycanda terrorçu cinayət başında saxlanıldı
...
-
DTX və Miqrasiya Xidməti əməliyyat keçirdi, saxlanılanlar var - Video
...
-
DTX və DMX birgə əməliyyat keçirib, Azərbaycanda qanunsuz yaşayan əcnəbilər saxlanılıb
...
-
Hipermarketə silahlı hücumda təqsirləndirilən şəxs məhkəmədə ifadə verib
...
-
Bakıda polis moteldə əxlaqsızlıq yuvası aşkarlayıb
...
-
DTX qondarma rejimin “rəhbərlər”ini belə həbs etdi - Video
...
-
Yola təkər atan yeniyetmələr saxlanıldı - Rəsmi
...
-
Bu separatçıları da DTX saxlayıb - Onlar kimlərdir?
...