Azərbaycan neftinin son qiyməti

10:08 21-11-2018 | icon 2525
Azərbaycan neftinin son qiyməti

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 19-da 67,94 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,91 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 19-da 66,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,97 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 19-da 62,56 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 3,91 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated”  etalon növlü neftin qiyməti noyabrın 19-da 64,47 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,11 dollar/barel azdır.

 


Digər xəbərlər

0.28351521492004