Nizamidə ağacəkmə kampaniyası keçirildi
Nizami rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.
Rayon ərazisində ətraf mühitin, ekoloji vəziyyətin yaxşılaşdırılması və yaşıllıqların salınması istiqamətində həyata keçirilən silsilə tədbirlər davam etdirilməkdədir.
Rayonun R.Rüstəmov və E.Suleymanov küçələrində rayonun idarə, müəssisə və təşkilatlarının, ictimai birliklərin, xidmət sahələrinin, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib.
Aksiya zamanı 380 ədəd Eldar şamı və 300 ədəd badam ağacı əkilib. Yeni əkilən ağaclar suvarılaraq onlara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, cari il ərzində rayon ərazisində 3750 ədəd həmişəyaşıl ağac və 2020 ədəd bəzək kolu əkilib, 17100 m2 qazon döşənib.
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...
-
Biz milli maraqlarımız uğrunda mübarizə aparırıq
...
-
Sabahın hava proqnozu - 31° isti
...
-
Adil Əliyev növbəti dəfə vətəndaşları qəbul etdi - Fotolar
...
-
Səttar Möhbalıyev: “Azərbaycan davamlı olaraq modernləşən və rəqabətə davamlı ölkədir”
...
-
Sabahın havası - 31° isti
...
-
Xankəndidə ilk körpə doğuldu - Fotolar
...