Azərbaycan millisi seçmə mərhələdə Cəbəllütariqlə eyni səbətdə

10:12 22-11-2018 | icon 3002
Azərbaycan millisi seçmə mərhələdə Cəbəllütariqlə eyni səbətdə

AÇ-2020-nin seçmə mərhələsinin səbətləri müəyyyənləşib. Millətlər Liqasının nəticələrindən sonra qitənin 55 komandası 7 hissəyə bölünüb. Son matçında Kosovoya 0:4 hesabıyla məğlub olan Azərbaycan millisi 5-ci səbətdə yer alıb.

Millətlər Liqası səbəti: Portuqaliya, İngiltərə, İsveçrə, Hollandiya
 
1-ci səbət: Belçika, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Polşa
 
2-ci səbət: Almaniya, İslandiya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Rusiya, Avstriya, Uels, Çexiya
 
3-cü səbət: Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Bolqarıstan, İsrail.
 
4-cü səbət: Macarıstan, Rumıniya, Yunanıstan, Albaniya, Monteneqro, Kipr, Estoniya, Sloveniya, Litva, Gürcüstan
 
5-ci səbət: Makedoniya, Kosovo, Belarus, Lüksemburq, Ermənistan, Azərbaycan, Qazaxıstan, Moldova, Cəbəllütariq, Farer adaları
 
6-cı səbət: Latviya, Lixtenşteyn, Andorra, Malta, San Marino
 
AÇ-2020-nin seçmə mərhələsinin püşkatma mərasimi dekabrın 2-də İrlandiyanın paytaxtı Dublində olacaq. 55 komandayla start götürəcək qrup oyunları gələn ilin martın 21-dən noyabrın 19-a qədər keçiriləcək. 12 fərqli ölkədə keçiriləcək AÇ-2020 12 iyunda başlayacaq və bir ay davam edəcək.

Digər xəbərlər

0.2616069316864