“26 illik siyasi arena YAP-ın adı ilə bağlıdır” - Günhan Hüseynli

10:16 22-11-2018 | icon 2864
“26 illik siyasi arena YAP-ın adı ilə bağlıdır” - Günhan Hüseynli

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının  26-cı ildönümü ilə bağlı partiyanın mərkəzi qərargahında tədbir keçirilib.Tədbirdə Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə yanaşı gənc fəallar da iştirak edib.

“1993-cü ildə  xalqın təkid və tələbi nəticəsində hakimiyyətə qayıdışı ilə  ölkəmizə sabitliyin qarantını gətirən və  bu estafeti etibarlı sabaha, gələcəyə buraxan  Ümummilli lider Heydər Əliyevin qurduğu  Yeni Azərbaycan Partiyası sıralarında özümü görməkdən məmnunluq duyuram”.

Bu sözləri Bakı Avrasiya Universitetinin ümumi işlər üzrə prorektoru,Yeni Azərbaycan Partiyasının Nərimanov rayon Təşkilatının Siyasi Şurasının üzvü Günhan Hüseynli deyib. O,bugünkü siyasi hadisə ilə bağlı fikirlərini bölüşərkən  Yeni Azərbaycan Partiyasının şərəfli  fəaliyyətinin ölkəmizə gətirdiyi dinamik inkişafdan danışıb,eyni zamanda qeyd edib ki, Yeni Azərbaycan Partiyasının  1993-2003-cü illəri əhatə edən dövrü sosial-siyasi sabitlik və tərəqqi dövrü kimi Azərbaycanın tarixinə düşüb. Məhz həmin  möhkəm təməl üzərində bu gün müstəqil Azərbaycanımız inamla irəliləyir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin davamlı uğurları xalqımızla bərabər  dünyanın da diqqət mərkəzindədir.


Digər xəbərlər

0.26287913322449