Azərbaycanla Monqulustan arasında memorandum imzalandı
Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin baş direktoru Enkjargal Kurelsukun rəhbərlik etdiyi nümayəndə heyəti 20-23 noyabr tarixlərində Azərbaycanda səfərdə olub.
Baş Prokurorluqdan verilən məlumata görə, baş prokuror Zakir Qaralov prezident İlham Əliyev və Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa arasında mövcud olan qarşılıqlı etimad və dostluq münasibətlərinin xalqlarımız arasında dərin tarixi köklərə söykənən siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün platforma təşkil etdiyini xatırladaraq ölkələrimiz arasında ikitərəfli münasibətlərin sürətlənməsinə geniş imkanlar yaratdığını bildirib.
Z.Qaralov prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, həmçinin qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.
Enkjargal Kurelsuk rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş naliyyətləri yüksək qiymətləndirib.
Səfər çərçivəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib. İdarə və Xidmət arasında korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Daha sonra qonaqlar “ASAN Xidmət” mərkəzləri və bir neçə məhkəmə instansiyasının inzibati binaları ilə tanış olublar.
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...