Prezident Türkmən milli xalça muzeyi ilə tanış oldu - Fotolar
Prezident İlham Əliyev noyabrın 21-də Aşqabadda Türkmən milli xalça muzeyi ilə tanış olub.
Bu muzey Türkmənistan prezidentinin sərəncamı ilə 1993-cü ildə yaradılıb. Məqsəd Türkmənistanın xalçaçılıq sənətini qorumaq və inkişaf etdirməkdir. Muzeyin yaradıldığı gün hər il ölkədə Türkmən Xalçası Günü kimi qeyd olunur.
Burada muzeylə yanaşı, “Türkmənxalı” Dövlət Birliyinin inzibati binası da var. Muzey binasının ümumi sahəsi 5 min kvadratmetrdən çoxdur.
Bu muzeydə 2 mindən çox xalça nümunəsi toplanılıb. Onların sırasında nadir eksponatlar da var. Burada miniatür xalça nümunələri ilə bərabər, əl ilə toxunan ən böyük xalça kimi Ginnesin rekordlar kitabına düşmüş ümumi sahəsi 301 kvadratmetr olan “Altın asır” xalçası da nümayiş etdirilir. Bu böyük xalça Türkmənistanın müstəqilliyini bərpa etməsinin 10 illiyi münasibətilə toxunulub. Muzeydə köhnə xalçaların bərpası da həyata keçirilir.
Burada, həmçinin müxtəlif səpkili mədəni tədbirlər, sərgilər, beynəlxalq forumlar və konfranslar da təşkil olunur. Bu muzey Türkmənistanın mühüm mədəniyyət mərkəzlərindən biri hesab edilir.
Dövlətimizin başçısı muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Fotolar
...
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...
-
Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə - Paylaşım
...
-
İlham Əliyevdən Ramazan bayramı ilə bağlı paylaşım - Foto
...
-
İlham Əliyev Gəncəyə səfər edib - Fotolar
...