Aprel döyüşlərinin iştirakçıları hökumətə qarşı - Fotolar

10:28 22-11-2018 | icon 2491
Aprel döyüşlərinin iştirakçıları hökumətə qarşı - Fotolar

Ermənistanda Aprel döyüşlərinin iştirakçıları hökumət evini mühasirəyə alaraq yolları bağlayıblar.

Aksiyaçılar Aprel döyüşlərində iştirak haqqında qeydin onların hərbi biletlərinə yazılmasını, əlverişli şərtlərlə lazımi tibbi xidmətin təmin edilməsini və təhsil haqlarının azaldılmasını tələb ediblər. 

“Nə vaxt ki, baş nazir küçələri bağlamışdı (müvəqqəti baş nazir Nikol Paşinyanın “məxmər inqilabı” nəzərdə tutulur –red.), insanlar bütün regionlardan onu dəstəkləməyə gəlmişdi. İndi də biz tələb edirik ki, baş nazir bizi dəstəkləsin və problemlərimizi həll etsin”, - deyə döyüşlərin iştirakçısı Tiqran polisin küçələri bağlamamaq çağırışına cavab olaraq deyib.

Onlar mərkəzi küçələrə doğru irəliləyərək tələblərini səsləndiriblər.

 





Digər xəbərlər

0.30121684074402