İcra başçısı Ləj kəndində qəbul-görüş keçirib
Dünən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü rayonun Ləj kəndində keçirib.
Icra hakimiyyəti aparatının, rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbər işçilərinin iştirak etdiyi qəbulda vətandaşların müraciət və təklifləri dinlənilib.
Sakinlər çıxışlarında kənd ərazisində həyata keçirilən bir sıra infrastruktur layihələrin icrasına, o cümlədən onların mənzillərinin qazlaşdırılmasına, sakinlərin fasiləsiz elektrik enerjisi və telefon rabitəsi ilə təmin edilməsinə, yeni Ələt-Astara magistral yolunun istifadəyə verilməsinə, qonşu Haftunu qəsəbəsi ərazisində İstisu və Sağlamlıq Mərkəzinin tikintisinə görə rayon rəhbərliyinə və ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər həmçinin bir sıra problemlərini də İcra başçısının nəzərinə çatdırıblar.
Görüşdə çıxış edən Taleh Qaraşov son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən, regionlara göstərilən qayğı və diqqətdən söz açaıb.
Sonda İcra başçısı vətəndaşların təklif və müraciətlərilə bağlı əlaqədar qurumların rəhbərlərinə tapşırıqlarını verib.
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...
-
Biz milli maraqlarımız uğrunda mübarizə aparırıq
...
-
Sabahın hava proqnozu - 31° isti
...
-
Adil Əliyev növbəti dəfə vətəndaşları qəbul etdi - Fotolar
...
-
Səttar Möhbalıyev: “Azərbaycan davamlı olaraq modernləşən və rəqabətə davamlı ölkədir”
...
-
Sabahın havası - 31° isti
...
-
Xankəndidə ilk körpə doğuldu - Fotolar
...
-
Sabah Bakıda 29° isti olacaq
...