“Gənclər sağlam həyat tərzini seçirlər” mövzusunda tədbir
Prezidenti İlham Əliyevin 2013-cü il iyunun 24 də imzaladığı Sərəncamla təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı (2013-2018-ci illər)”nın icrasını təmin etmək məqsədi ilə Nərimanov rayonunda əlaqədar dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birlikdə keçirilən silsilə tədbirlərin davamı olaraq dünən Azərbaycan Dövlət Bətən Tərbiyəsi və İdman Akademiyasında “Gənclər sağlam həyat tərzini seçirlər” mövzusunda tədbir keçirilib.
Ali və orta-ixtisas təhsil müəssisələrinin tələbə və müəllim kollektivlərinin iştirakı ilə keçirilən tədbirdə Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Vasif Quliyev, Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, yazıçı Asif Kəngərli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Şəhla Mirzəzadə, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Narkotiklərə Qarşı Təbliğat” İctimai Birliyinin sədr müavini Leyla Yolçuyeva, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə rayon Komissiyasının üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Komissiyanın sədri İradə Mahmudova cari ilin ötən müddəti ərzində Komissiya tərəfindən keçirilmiş profilaktik tədbirlər haqqında və narkotiklərlə bağlı baş vermiş cinayətlərin statistikasından məlumat verib.
Tədbirdə Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, yazıçı Asif Kəngərli müəllifi olan ziyanlı vərdişlərə qarşı maarifləndirici mövzulu “Bəla” əsəri barədə məlumat verərək gəncləri həmin filmə baxış keçirilməsinə çağırıb.
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...