Ədliyyə işçilərinin peşə bayramı qeyd edilib
Nizami Rayon Məhkəməsində Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun ədliyyə və məhkəmə orqanlarının bir qrup əməkdaşı iştirak edib.
Rayon Məhkəməsinin sədri Azərbaycan ədliyyəsinin yaranmasından 100 il ötdüyünü qeyd edib. Son illər Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparıldığını, ədliyyə orqanlarının fəaliyyətinin genişləndirildiyini, bu sahədə yeni iş metodlarının, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqinin təmin edildiyini, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər görüldüyünü diqqətə çatdırıb.
İcra Hakimiyyətinin başçısı Arif Qasımov İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı tərəqqisinin, sabitliyin və təhlükəsizliyin təmin olunduğunu vurğulayıb, ədliyyə sisteminin məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşdiyini, yeni-yeni nailiyyətlərə imza atdığını qeyd edib.
Tədbirin sonunda 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə rayonda səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup ədliyyə işçisi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...