ARB-nin aparıcısı bu hərəkətinə görə işdən çıxarıldı
“ARB Kəpəz”in aparıcısı Tacirə Zeynallının “Səhər” porqramının çəkilişi zamanı lentə alınan videosu yayılıb. Görüntülərdə aparıcı veriliş heyətinə qarşı əli ilə qeyri-etik işarə və ifadələrdən istifadə edib.
“Qafqazinfo” məsələ ilə bağlı “ARB Kəpəz”lə əlaqə saxlayıb. Telekanaldan verilən məlumata görə, aparıcı işdən uzaqlaşdırılıb:
"Aparıcı Tacirə Zeynallının sosial şəbəkələrdə yayılan qeyri-etik görüntüləri ilə bağlı kanal rəhbərliyi ciddi tədbir görüb. Əvvəlcə onu qeyd edək ki, həmin görüntülər efir vaxtı deyil, fasilə zamanı çəkilib. Daha sonra isə materialın üzərinə Türkiyə telekanalının loqosu montaj edilərək yapışdırılaraq internet-auditoriyaya məhz bu cür də təqdim olunub. Məsələ ilə bağlı hal-hazırda daxili araşdırma aparılır. Bu məsələnin digər bir tərəfi də var. Belə hallarla tez-tez rastlaşmaq olur. Adətən bu cür hallara görə, aparıcılar cəzalandırılmır.
Lakin biz hesab edirik ki, aparıcı təkcə efirdə deyil, efirdən kənarda da etik normaları qorumalıdır. Buna görə də, ARB Kəpəz telekanalının rəhbərliyi həmin aparıcını işdən azad etməyə qərar verib. Bu həm bizim telekanalımızın, həm də ümumiyyətlə televiziya sahəsində çalışan hər bir kəs üçün örnək olmalıdır”.
-
“CineMastercard”da “Çingene kızı Zeugma” filminin qala gecəsi baş tutub - FOTO/VİDEO
...
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...