Sadıq Sadıqov: "Evdə çıxış etməyin məsuliyyəti ağır olur"
Bakı idman sarayında cüdoçuların ölkə çempionatı sona yetdi. 2 gün davam edən yarışda Azərbaycan millisinin üzvləri və 56 klubdan 500-ə yaxın idmançı qüvvəsini sınadı. Gərgin mübarizədə ehtiyat qüvvə ciddi müqavimət göstərdi. Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (81 kq), Elmar Qasımov (100 kq),Uşangi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq), Buyanxışıq Purevsuren (52 kq) və İçinxorlu Munxtsedev (57 kq) kimi 1-ci nömrələr qızıl medalsız qaldılar. Ölkə çempionatından çox razı qalan federasiyanın vitse-prezidenti Sadıq Sadıqov, mubarizədə perspektivli yeniyetmə və gənclərin gördüyünü dedi:
«Ölkə çempionatında gözlənilməz nəticələr oldu. Demək, rəqabət var. Planlarımız heç vaxt tükənmir. Hər ay ən azı, bir yarışımız var. Sözsüz, əsas hədəf Tokio olimpiadasıdır. İstəyirik ki, çoxlu lisenziyalar qazanaq. İndiki reytinqə əsasən, artıq 3-4 idmançımız vəsiqəni özünə təmin edib. Məqsədimiz, ən azı, Rio olimpiadasında nəticəni təkrarlamaqdır. Düzdür, Yaponiyada bizə daha çətin olacaq, çünki bu ölkə cüdonun vətəni sayılır. Amma ümidimizi üzmürük, gərgin məşqlərimiz davam edir».
Sadıq Sadıqov sentyabrda paytaxtda təşkil olunmuş dünya çempionatından da danışdı. Bildirdi ki, yarış başqa ölkədə keçirilsəydi, nəticə daha yüksək olardı: «Evdə çıxış etməyin yükü və məsuliyyəti ağır olur. Baş məşqçi Ruslan Maşurenko ilə yolumuza davam edirik. Onun köməkçiləri yerlilərdir. Tokioda ilk çıxış edənlər sırasında cüdoçular da var. Bu üzdən, yüksək nəticə qazanaq istəyirik ki, digər olimpiyaçılarımız daha ruhlansın».
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...
-
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” start götürür - Video
...
-
“Neftçi” “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib
...
-
Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
...
-
Sadıq Sadıqov: "Çoxları "Neftçi"nin kuboku qazanacağına inanmırdı"
...