İşçiləri federasiyanı məhkəməyə verdi - Maaş verilmir

14:29 25-11-2018 | icon 3722
İşçiləri federasiyanı məhkəməyə verdi - Maaş verilmir

İşçilər federasiyaya qarşı məhkəmə iddiası qaldırıblar. Zamanov Balağa, Xaliqov Mikayıl, Hacıyev Nizami iddia ərizəsində Azərbaycan Güləş Federasiyasından 4 aylıq maaşlarını və məzuniyyət pullarının ödənilməsini tələb ediblər.

Məhkəmə iddianı qismən təmin edib. Qərar belə olub ki, federasiya maaşları ödəsin, məzuniyyət pulları isə ödənilməsin. AGF bu qərarla razılaşmayıb və apellasiya şikayəti verərək maaşları ödəmək istəmədiklərini bildirib və belə qərar çıxarılmasını istəyib. Hazırda proses davam edir.

Azərbaycan Güləş Federasiyasının prezidenti keçmiş vergilər naziri Fazil Məmmədov olub. O, bir müddət əvvəl bu vəzifəsindən istefa verib.

Digər xəbərlər

0.27435111999512