AAAF-da evlərdə qısa qapanma oldu - Sakinlər təxliyə edilir+Fotolar+Video

14:39 25-11-2018 | icon 6527
AAAF-da evlərdə qısa qapanma oldu - Sakinlər təxliyə edilir+Fotolar+Video

Xırdalanda AAAF Park Yaşayış Kompleksində bir neçə evdə tüstülənmə baş verib.

Hadisə B kompleksi Bina 5-də baş vermiş qısa qapanma nəticəsində yaşanıb. İnsidentə  səbəb kompleks ərazisindəki qazanxananın işə salınması zamanı işıq xətlərinin üzərinə su tökülməsidir.

Hadisə yerinə xeyli sayda yanğınsöndürən və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Bina sakinləri təxliyə edilir.(Qafqazinfo)

 

 

 




Digər xəbərlər

0.28851413726807