“Bizə qarşı haqsızlıq oldu” - Ramil Şeydayev
“Əsas heyətdə meydana çıxacağımı qarşılaşmadan bir neçə gün əvvəl bilirdim. Əlbəttə, həyəcanlı idim. Amma bu, tez də keçdi. Start fitindən sonra özümü tamamilə matça köklədim”. Bu sözləri "Krılya Sovetov"un futbolçusu Ramil Şeydayev klubun rəsmi saytına açıqlamasında deyib.
Rusiya Premyer Liqasının XV turunda Moskva “Spartak”iyla 90 dəqiqə oynadığı səfər məğlubiyyətini (1:3) şərh edən milli komandamızın hücumçusu örüşün baş hakimini ədalətsiz qərarlar verməkdə günahlandırıb: “Hətta bir epizodda ötürməmdən sonra top rəqib futbolçunun əlinə dəydi, referinin penalti nöqtəsini göstərmədi. Həqiqətən qayda pozuntusu var idi, təkrarda da hər şey açıq-aydın görünürdü. Nə deyəsən... Bugünkü matçda bizə qarşı çox haqsızlıq oldu. Amma digər tərəfdən də düşünürsən ki, hakim də insandı, o da səhv edə bilər. İlk qolu buraxdıqdan dərhal sonra qapımızda ikinci topu gördük. Görünür, rəqibin ardıcıl 2 dəfə bizi məyus etməsi konsentrasiyanı itirdiyimizlə bağlı idi”.
Qeyd edək ki, Şeydayev Moskvadakı matçda 83-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...