Nazir səfirlə görüşdü
İqtisadiyyat naziri Şahin Mustafayev Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyevlə görüşüb.
Nazirlikdən daxil olan xəbərə görə, görüşdə Ş. Mustafayev Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın qarşılıqlı hörmət, dostluq, faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu qeyd edib, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb.
Nazir Azərbaycanda əlverişli biznes və investisiya mühitinin yaradılğını, Dünya Bankının “Doing Business 2019” hesabatında öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edildiyini vurğulayıb, ölkələrimiz arasında sənaye, kənd təsrrüfatı, turizm, ticarət və s. sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarını, Azərbaycanın qeyri-neft məhsullarının Özbəkistana ixracının daha da artırılması üçün böyük potensialı diqqətə çatdırıb.
Şerzod Fayziyev ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı olduğunu qeyd edib.
-
Yelo kart ilə daha çox cashback qazanmağa hazır ol!
...
-
Rövşən Nəcəfə yeni müşaviri təyin edildi
...
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...
-
İllik 9.5% ilə nağd kredit üçün son 3 gün
...
-
Azərbaycanda ən populyar avtomobillərin reytinqi tərtib edilib
...
-
“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
...
-
Bakıda yeni hava limanı tikilir - Video
...
-
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur
...
-
“Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
...
-
Yelo Bank” 5 nominasiyada qalib oldu!
...