Cırtdan Musiqili Teatra Yeni il sərgüzəştləri ilə gələcək

19:59 26-11-2018 | icon 3066
Cırtdan Musiqili Teatra Yeni il sərgüzəştləri ilə gələcək

Hər zaman öz repertuarında uşaq tamaşalarına xüsusi yer verən Musiqili Teatr Yeni il
bayramına görə uşaqların tətil günlərində balaca teatr həvəskarlarının görüşünə Azərbaycan
xalq nağılı “Cırtdan”ın motivləri əsasında “Cırtdanın sərgüzəştləri” musiqili nağıl tamaşası
ilə gələcək.


“Rəngarəng dekorasiyaları, işiq effektləri, şən musiqilərı və oyunları ilə zövq oxşayan
bayram əhval-ruhiyyəli tamaşada hadisələrin süjet xətti uşaqlıqdan hamımızın adət etdiyimiz
“Cırtdan”dan fərqli məcrada cərəyan edir. Burada da Cırtdan öz dostlarını ətrafına toplayıb
meşəyə odun yığmağa gedir. Bəs, fərqlilik nədir? Onların rastına çıxan Div sehirlidir. O,
əvvəlcə Meşə pərisi, sonra Dovşan və Odunçu Baba cildlərinə girərək uşaqları aldatmağa
nail olur və öz mağarasına aparır. Evlərində qurulan bayram şənliyinə tələsən Cırtdanın və
onun dostlarının başına nə məcaralar gəlir, uşaqlar Cırtdanın qoçaqlığı və ağlı sayəsində
Divin tilsimindən necə xilas olurlar? “Cırtdanın sərgüzəştləri” tamaşasına baxanlar bu
sualların cavabını tapa biləcəklər. Qeyd edim ki, həm də tamaşada geniş istifadə olunan
ibratamiz kəlamlar, atalar sözləri vasitəsilə balaca tamaşaçılarımızı böyüklərin sözünə qulaq
asmağa, təbiəti sevməyə, ağacları sındırmamağa, dostluğa sədaqətli olmağa çağırırıq ”- deyə
tamaşanın quruluşçu rejissoru Ayla Osmanova fikirlərini bildirib.


Səhnə əsərində Əməkdar artist Novruz Əliyev, Məhərrəm Qurbanov, aktyorlar Gülnarə
Əzizova, Gültac Əlili, Əmrah Dadaşov, Fərid Rzayev, Zaur Əliyev, Ruslan Mürsəlov,
Eleanora Mehdiyeva, Nərmin Əliyeva, Murad Əliyev və Əli Kərimovun ifasında uşaqlar
biri-birindən maraqlı qəhrəmanlarla (Cırtdan, Div, Şaxta baba, Qar qız, Meşə Pərisi, Odunçu
baba, Çiçək, Mustafa) tanış olacaq və onlara birgə möcüzələr aləminə səyahət edəcəklər.
Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, rejissoru assistenti Tamilla Aslanovadır.


Musiqili Teatr Yeni ilin ilk günlərini övladları ilə xoş ovqatla və yaddaqalan keçirmək
istəyənləri 2018-ci ilin dekabrın 28-dən başlayaraq 2019-cu il yanvarın 6-a qədər davam
edəcək bayram şənliklərinə dəvət edir. Qiyməti 8 manat olan biletləri şəhərin bütün teatr-
konsert kassalarından, "ASAN Xidmət” mərkəzlərindən, “iticket.az” saytın-dan əldə etmək
olar.


Digər xəbərlər

0.30418419837952