Lənkəranın qızıl payızı - fotoreportaj
Lənkəran- Xəzərin zümrüd boyunbağısıdır.
Payızda onun palitrasına qeyri-adi parlaq rənglər qatılır. Tez-tez yağışlar yağır, xəzan yelləri əsib qızılı yarpaqları yerə töksə də, təkrarsız lövhələr göz-könül oxşayır. Bağlar, parklar minbir naxışı, çalarıyla heyrət doğurur. Həmişəyaşıl ağacların dəyişməz libasına, Lənkəran torpağında bitən azat, nil ağaclarının, çinarların, ipək akasiyasının, suda batmayan dəmirağac kimi qədim relikt növlərin “alışdım-yandım” hallarına bir baxan bir də baxmaq istəyir. Rəssamların çəkdiyi mənzərələr bu gözəl diyarın təbii tablolarının yanında bəlkə də solğun görünür. Payızın bu son ayında yurdumuzun cənub bölgəsi İlahinin qüdrətindən elə süslənib ki, sanki tonqal-tonqal alovlanır. Lənkəran və ətrafı al yanaqlı, əli xınalı gözəllərə bənzəyir. Ecazkar rənglərin vəhdəti subtropik zonanın özəl görüntülərini beləcə sərgiləyir...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...