Əliqismət Lalayev beynəlxalq forumda iştirak edəcək
Noyabr ayının 26-dan 30-dək Rusiya Federasiyasının Yekaterinburq şəhərində Sverdlovski Dövlət Akademik Musiqili Komediya Teatrının 85 illik yubileyi münasibətilə ``От практики k совершенству" (“Тəcrübədən kamilliyə”) adlı Musiqili Teatrların Beynəlxalq forumu keçiriləcək.
Dünyanın onlarla ölkəsinin teatr xadimlərinin iştirak edəcəyi bu forumda ölkəmizi Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev təmsil edəcək.
Sverdlovski Dövlət Akademik Musiqili Komediya Teatrının rəhbəri Mixail Vyaçeslavoviç Safranovun rəsmi dəvəti ilə tanınmış rejissor və teatr xadimi 2018-ci il noyabrın 25-dən dekabrın 1-dək Yekaterinburq şəhərində səfərdə olacaq.
Bir çox beynəlxalq teatr və musiqili festivallarında, müsabiqələrdə münsiflər heyətində uğurla iştirak edən Əliqismət Lalayevforumda ``Azərbaycan Dövlət Musiqili Teatrının inkişaf mərhələləri" adlı məruzə ilə çıxış edəcək.
"Düşünürəm ki, bu dəvət forum təşkilatçıları tərəfindən Azərbaycan mədəniyyətinə, milli sərvətimiz olan teatrımızayüksək etimadın,rəğbətin təzahürüdür. Təməl daşı dahi Üzeyir Hacıbəylinin ölməz əsərləri ilə qoyulan Musiqili Teatrınteatr tariximizdə özünəməxsus yeri var. Mənə verilən geniş fürsətdən yararlanaraq teatrımızın dünəni, bugünü və gələcək inkişafı, qarşıda duran layihələrimiz barədə forum iştirakçılarınageniş məlumat verəcəyəm. Qeyd edim ki, 5 gün davam edəcək tədbirdə hər günün öz xüsusi proqramı var. Forumun gündəliyindəsərgilər, kitab təqdimatları, müxtəlif teatr görüşləri gözlənilir. Forum iştirakçılarını “Musiqili teatrda rejissor”, “Musiqili teatrda müəlliflər”, “Musiqili teatrda dirijor”, “Teatr sənətinin təhlili” mövzularındadəyirmi masalar, vokal artistlərinin, rejissor vəxoreoqrafların ustad dərsləri,tamaşaların nümayişidə gözləyir.Belə görüşlərin ölkələrarası mədəni əməkdaşlığa öz töhfələrini verəcəyinə əminəm”- deyə Ə.Lalayev bildirib.
-
Birinci vitse-prezident Mehriban Əliyeva Aygün Bəylərin vida mərasiminə əklil göndərib
...
-
Dövlət Turizm Agentliyi: Tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir
...
-
Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib - Fotolar
...
-
Yalçın Adıgözəlov Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri təyin olunub
...
-
Biz də sizinləyik! - FOTOLAR
...
-
Yuli Qusmana “Şərəf” ordeni təqdim edilib - Fotolar
...
-
Məşhur serialda ləvəngidən danışıldı - Video
...
-
Akademik Musiqili Teatrın kollektivi Ulu Öndərin məzarını ziyarət edib
...
-
Məşhurlar Yeni il çıxışları üçün nə qədər qonorar alacaq? - Siyahı
...
-
Eminin anşlaqla keçən Bakı konsertindən - Fotolar
...