Millət vəkili: Ziya Məmmədov üzvdü və çıxarılması gündəmdə deyil
"Ziya Məmmədov YAP-ın üzvü olaraq qalır. Onun vəzifədən azad olunması YAP-dan da çıxarılması mənasını vermir"
Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “ölkə.az” saytına müsahibəsində deyib.
YAP rəsmisi Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşdirilməsi ilə Prezident Sərəncamını şərh edərkən deyib:
"Bilirsiz ki, Nəqliyyat Nazirliyinə aid olan bütün strukturlar ayrı-ayrılıqda fəaliyyət göstərirdi. Artıq orada ümumi fəaliyyət göstərə biləcək geniş sahə qalmamışdı. Nəqliyyat Nazirliyində ancaq dövlət siyasətinin həyata keçirilməsi sahəsi qalırdı ki, cənab Prezident də bununla bağlı sərəncam imzaladı".
Millət vəkili onu da əlavə edib ki, Ziya Məmmədova əlavə hər hansı vəzifə verilib-verilməməsi məsələsi də cənab Prezidentin səlahiyyətlərinə aid olan məsələdir: "Biz buna qarışa bilmərik".
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...