Prezident turizm sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqlədi

20:18 26-11-2018 | icon 3007
Prezident turizm sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycan hökuməti ilə Rusiya hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Saziş 2018-ci il sentyabrın 1-də Soçi şəhərində imzalanıb.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya hökumətinə bildiriş göndərmək tapşırılıb.


Digər xəbərlər

0.2678918838501