Gömrük Komitəsinin sədri işdən çıxarıldı - Talıbovdan fərman

20:20 26-11-2018 | icon 2945
Gömrük Komitəsinin sədri işdən çıxarıldı - Talıbovdan fərman

Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov vəzifəsindən azad edilib.

 Naxçıvan (MR) Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmanda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Asəf Səttar oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilsin”.


Digər xəbərlər

0.21773791313171