“Qarabağ” Bakı Metropoliteninə müraciət etdi

14:36 27-11-2018 | icon 3380
“Qarabağ” Bakı Metropoliteninə müraciət etdi

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Portuqaliya “Sportinq”i ilə oyun üçün Bakı Metropoliteninə müraciət edib.

Oyunun gec başa çatacağını nəzərə alan Ağdam təmsilçisi azarkeşlərin rahat şəkildə ünvanlarına çatması üçün metronun bir saat daha gec - saat 01:00-da bağlanmasını xahiş edib.

Qeyd edək ki, dekabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:55-də başlayacaq.


Digər xəbərlər

0.29670095443726