Abadlaşdırılan növbəti həyət istifadəyə verildi - Fotolar
IDEA İctimai Birliyinin və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı və Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə baxımsız həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir.
Dünən layihə çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Nəsimi rayonu, Alı Mustafayev küçəsi 17-17a ünvanında 1200 nəfərə yaxın sakinin məskunlaşdığı binaları əhatə edir.
Bakı şəhəri Nəsimi rayon icra hakimiyyətinin dəstəyi ilə "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan və 15 000 m² sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə 120 m² ərazidə uşaq oyun elementləri, 200 m² - mini futbol, 140 m² - idman-fitnes və 100 m² - şahmat meydançaları salınıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdı.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 200 ədəd ağac və kol əkilmiş, 2000 kvadratmetr ərazidə qazon salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb.
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...
-
Biz milli maraqlarımız uğrunda mübarizə aparırıq
...
-
Sabahın hava proqnozu - 31° isti
...
-
Adil Əliyev növbəti dəfə vətəndaşları qəbul etdi - Fotolar
...
-
Səttar Möhbalıyev: “Azərbaycan davamlı olaraq modernləşən və rəqabətə davamlı ölkədir”
...
-
Sabahın havası - 31° isti
...