“Nazir təzədir və bu məsələ həllini tapacaq” - Deputat

18:46 27-11-2018 | icon 3216
“Nazir təzədir və bu məsələ həllini tapacaq” - Deputat

“Əmək pensiyaları haqqında”  qanunun 20-ci maddəsinə (Qulluq stajına görə əmək pensiyasına əlavələr) dəyişiklik təklif edilir. 

Bu barədə məsələ Milli Məclisin  bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb və məsələ barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. O qeyd edib ki, qanuna yeni 20.30-cu maddə əlavə edilir.

Yeni dəyişikliyə görə  (20.30) , “Əmək pensiyaları haqqında”  qanunun 20-ci maddəsində nəzərdə  tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmayacaq.

H. Rəcəbli bildirib ki, bir müddət öncə “Pensiyalar haqqında” qanuna edilən dəyişikliyə görə, 25 il iş stajına malik olmayan şəxslər pensiyaya çıxanda pensiya ala bilmirdilər: “Hər hansı bir adam 64 yaşına çatırdı və 25 il iş stajı olmadığına görə  əmək pensiyası ala bilmirdi. İndi isə çox mühüm addım atılır. Artıq bu hədd  aradan qaldırılıb və yüz minlərlə insan bundan yararlanacaq”.

Deputat Vahid Əhmədov isə çıxışında qeyd edib ki, əvvəlcə “Pensiyalar haqqında” qanuna yenidən baxılıb dəqiqləşdirilməsini təklif edib. O həmçinin əlavə edib ki, hazırda insanları əsas maraqlandıran yaşayış minumumudur: “Amma bizim qanunda “ehtiyac meyarı” anlayışı var. Beynəlxaql iqtisadiyyatda ehtiyac meyarı anlayışı yoxdur. Vaxtilə bizim president administrasiyası bu anlayışı Ünvanlı Sosial Yardım alanlar üçün nəzərdə tutmuşdu. Güman edirəm ki, nazir təzədir və bu məsələ həllini tapacaq”.

Layihə səsə qoyularaq qəbul edilib.


Digər xəbərlər

0.3063530921936