DTX-nın şöbə rəisi Nüsrətin restoranında - VİDEO

10:17 28-11-2018 | icon 6107
DTX-nın şöbə rəisi Nüsrətin restoranında - VİDEO
Cüdo üzrə Olimpiya çempionu, 2 qat Avropa Çempionu Elnur Məmmədli Türkiyənin məşhur qəssabı Nüsrətin restoranında qonaq olub.

Idmançımız onu mehribanlıqla qarşılayan Nüsrətlə birlikdə çəkilmiş görüntülərini "Instagram" hesabında paylaşıb.

Qeyd edək ki, Nüsrət Gökçə özünə xas formada ət bişirmə və duzlamaya görə populyarlıq qazanıb.

O, 2010-cu ildə Nusr-et Steakhouse adlı öz markasını yaradıb.(BAKU.WS)

Onu da bildirək ki, bu yaxınlarda Elnur Məmmədli Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində hərəkətin təşkili şöbəsinin baş inspektoru vəzifəsindən ayrılıb.

O, Dövlət Təhlükəsizlik Xidmətində (DTX) şöbə rəisi postuna təyin olunub.
 

 


Digər xəbərlər

0.24181413650513