“Azərbaycanda müəllimlərin maaşı 2 dəfə artırılıb” - Fotolar
"Son 5 ildə 18 136 müəllim işə qəbul olunub".
Bu sözləri Təhsil naziri Ceyhun Bayramov bu gün keçirilən Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib.
Nazir bildirib ki, cari il üçün Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb:
"Təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, tədrisdə tənqidi düşüncə üzrə 27-ci yerə yüksəlib.
Ötən illər ərzində müəllimlik üzrə müraciət edənlərin sayında 3 dəfəyə yaxın artım qeydə alınıb. Son 5 ildə 18 136 müəllim işə qəbul olunub. 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatıb. Onların həftəlik dərs yükü 1,5 dəfə, maaşı isə 2 dəfə artırılıb.
Son 5 ildə ölkədə 500-dən çox, 2003-2018-ci illərdə isə 3500-dək məktəb binası tikilib".
Nazir əlavə edib ki, son 5 ildə ali təhsil müəssisələrinin qəbul gostəricilərində artım müşahidə olunub:
"3124 abituriyent 600-dən yüksək bal toplayıb".
C. Bayramovun sözlərinə görə, 47 mindən çox şagird təmayüllü siniflərə cəlb olunub və ali universitetlərə qəbul zamanı həmin şagirdlərin daha yüksək bal topladıqları müşahidə olunub:
"Müsbət demokratik göstəricilərə əsasən son ildə birinci sinfə qəbulda artım müşahidə olunub. 2018-2024-cü illər üzrə inklüziv təhsil proqramı hazırlanıb və 2017-ci illərdən tətbiq olunmağa başlanılıb. Burada əsas məqsəd sağlamlıq imkanı məhdud uşaqların təhsilə cəlb olunması və bütün uşaqlarla birlikdə təhsilin təşkilidir".
-
Aprelin 9-da imtahan verəcək şagirdlərin nəzərinə!
...
-
Müəllimlər maaş artımını yaxın günlərdə alacaq - Rəsmi
...
-
Talış kəndində ilk dərs keçirilib - Fotolar
...
-
ASAPES və MGİMO-nun ikili diplom proqramının Moskva mərhələsi davam edir - FOTOLAR
...
-
Məktəblərdə bayram tətili bu tarixdən başlayır
...
-
Emin Əmrullayev BŞTİ-də struktur dəyişikliyi etdi
...
-
AHİK Təhsilin İnkişafı Fonduna 10 000 manat ianə edib
...
-
“2-3 ilə müəllimlərin orta maaşı 1000 manatdan çox olacaq”
...
-
Müəllimlərin maaşı artırıldı - Sərəncam
...
-
Məktəblərdə yeni şagird davranış qaydalarının tətbiqinə başlanıldı
...