“Müəllimlərin həyatının yaxşılaşdırılması üçün köklü islahatlar aparılır”
"Hesab edirəm ki, cəmiyyətə mənfi təsir göstərən ən böyük faktor təhsil sahəsində neqativ halların olmasıdır. Təəssüf ki, bu sahədə hələ neqativ hallar müşahidə olunur və daha ciddi addımların atılmasına ehtiyac var".
Bu sözləri Baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib.
O bildirib ki, valideynlərlə yanaşı insanı həyata hazırlayan ikinci bir şəxs müəllimdir. Müəllimlər həm insanın, həm cəmiyyətin, həm də dövlətin inkişafında böyük rol oynayır.
Hesabatda qeyd edildiyi kimi ölkədə son illər ərzində təhsilin inkişafı üçün əsaslı işlər görülüb. Müəllimlərin həyat səviyyəsinin, məzmun və keyfiyyətin yaxşılaşdırılması baxımından köklü islahatlar aparılır. Təhsil sözün həqiqi mənasında yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Biz gələcəyə baxırıq. İlk növbədə təhsil hədəfinə çatmaq üçün yeni texnologiyalar yaradılmalı və tətbiq olunmalıdır. Elə bir ölkə təsəvvür etmək olmaz ki, özünü elmdən kənarda inkişaf etdirə bilsin. Ölkələr arasında rəqabət mühiti var və qaliblər yeni texnologiyaların, elmin inkişafına böyük sərmayə qoyanlar olacaq.
Azərbaycan gənc ölkədir və əhali sürətlə artır. Hesabatlara görə yuxarı ali təhsil səviyyəsinə malik olan şəxslər digərlərinə nisbətən 3 dəfədən yüksək maaş alırlar. Məşgulluğun və həyat səviyyəsinin yüksəldilməsi təhsilin yüksəldilməsindən tam asılıdır.
Bu gün ölkəmizdə hər bir təhsil alan gənc öz imkanlarının 60 faizini reallaşdıra bilir, inkişaf etmiş ölkələrdə isə bu rəqəm 75%-dən yüksəkdir”.
-
"Uşaq hüquqları aylığı" çərçivəsində Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyada şagirdlərlə görüş keçirilib
...
-
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 6 məzunu Prezident təqaüdçüsü oldu
...
-
Mehriban Vəliyevaya yeni vəzifə verildi
...
-
Emin Əmrullayev 150 minə yaxın müəllimə SMS göndərdi
...
-
Nazirlikdən Müəllimlər Günü ilə bağlı valideynlərə - Müraciət
...
-
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub
...
-
Təhsil İnstitutunun direktor səlahiyyətləri ona həvalə edildi
...
-
ASAPES və MGİMO ikili diplom magistr proqramı tələbələri ilə görüş keçirilib
...
-
Emin Əmrullayevdən Füzulidə Bilik Günü təbriki - Video
...
-
Heydər Əliyev Fondunun inşa etdiyi 500-cü məktəb istifadəyə verildi - Fotolar
...