“Torpağın Adil Əliyevə nə aidiyyatı var?” - Foto

16:58 28-11-2018 | icon 661
“Torpağın Adil Əliyevə nə aidiyyatı var?” - Foto
loading...

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində deputat Adil Əliyevə məxsus olduğu iddia edilən torpaq sahəsinin sahibi Qətibə Abdullayevanın nümayəndəsi Zakir Həsənov tərəfindən mətbuat konfransı keçirilib.

 Z. Həsənov qeyd edib ki, son günlər mətbuatda həmin torpağın Adil Əliyevə məxsus olduğu iddia edilir: “Torpağın statusu bəlli olmadan bələdiyyə tərəfindən hazırkı sahibi olduğunu iddia edən Xəzəngül Məmmədovaya verilməsi bizim tərəfimizdən araşdırıldı. Ədliyyə Nazirliyinin müvafiq şöbəsində də göstərilib ki, həmin torpaq sahəsi dövlətə məxsusdur. Bununla bağlı bələdiyyə sədrinə də bildirilib ki, o torpaq sahəsi dövlətə aiddir. Bu məsələlər sənədlərdə öz əksini tapıb. Daha sonra məlum oldu ki, Xəzəngül Məmmədova Binəqədi rayon məhkəməsinə müraciət edib və məhkəmə də torpağın statusunu müəyyən etmədən qətnamə qəbul edib. Biz də Apelyasiya şikayəti verməklə vəsatət qaldırdıq ki, həmin torpağın statusu ilə bağlı sənədləri qəbul etsin.

Məhkəmədən ədalətli qərar qəbul etməyi xahiş etdik. Hakim də araşdırmanı apardı və qarşı tərəfin nümayəndəsi də məhkəmədə iştirak edirdi. Məhkəməyə hörmətsizlik edib qərar elan olunmadan çıxıb getdilər. Həmin məhkəmə ədalətli qərar qəbul etdi və Ali Məhkəmədə də bu gün sənəd qüvvədə qalıb. 

“Kanal 13”də Ələmşah adlı şəxs geniş çıxış edib və deputat Adil Əliyevin adını çəkir. Bu torpağın Adil Əliyevə nə aidiyyatı var? Həmin torpaq Qətibə Abdullayevanındır. Yazı yazanda xahiş edirəm ki, diqqət etsinlər. Həmin şəxsin məhkəmədə iddia qaldırmaq hüququ yoxdur. Ləğv edilmiş torpaqla bağlı hansı əsasla iddia qaldıra bilərlər və Adil Əliyevdən pul tələb edə bilərlər?! Pul məsələsini gedib bələdiyyə ilə həll etsinlər. 2016-cı ildə Bakı şəhər Baş Polis İdarəsində araşdırma aparıldı. Heç bir sübut olmadı və vətəndaşa izah edildi ki, iddiasını bələdiyyədən tələb etsin”.

 

 



Digər xəbərlər

0.38750815391541