Elza Kərimi döydürmək istəyib

15:03 29-11-2018 | icon 509
Elza Kərimi döydürmək istəyib
loading...

Əməkdar artist Elza Seyidcahan müğənni Kərim Abbasovu döydürməklə hədələyib.  Bu barədə Kərim instaqram səhifəsində məlumat verib. 

İfaçı sosial şəbəkədə həmkarını məhkəməyə verəcəyini bildirib: “Sizə Elzanın məni döydürməklə hədələməsindən danışım. Siz fikirləşin ki, qadın üzümə deyir ki, səni döydürəcəm və başına oyun açdıracam. Yanımda da Allah şahidi iki müğənni var idi. Elza xala, (əslində nənəsən) məndən böyük olduğuna görə xala deyirəm. Nəinki sənin, məni döydürmək hətta sənin əb-əjdadının başı üçün deyil. 

Səninlə qanun qarşısında görüşərik. Görüm, sən kimsən ki, məni döydürürsən. Azərbaycanda yaşayırsan və qanunları düşün. Sonra başına nələr gələ bilər. Bu sənin üçün “xa-xa” oxumaq, ya da ki, itlərə konsert vermək deyil. 

Səni Rasim Balayev kimi sənətkar yudu -sərdi. Yerində olsam, efirlərə çıxmazdım. Ona görə ki, Rasim Balayevi indiyə qədər belə əsəbi görməmişdim. Elza, mən sənin girdiyin kol deyiləm. Get başqa yerdə oyna. Bir daha deyirəm, bir az “xod”undan al. Yoxsa müvafiq orqanlar sənin “xod”unu alar”.

Xatırladaq ki, bir müddət əvvəl Elza Seyidcahan müğənni Damlanı tənqid etmişdi. Kərim isə əməkdar artistin açıqlaması ilə razılaşmayaraq Damlaya dəstək olmuşdu. 

 

Əməkdar artist “Hər şey daxil” proqramına telefonla bağlanaraq ittihamları qəbul etməyib: “Bu yalanların qarşısında cavab verəcəklər. Məni öz reklamları üçün istifadə edirlər. O şəxs nə ixtiyarla şəkillərimi səhifəsində paylaşır?  Biz də müəyyən yerlərə öz şikayətimizi edəcəyik, məsələyə son qoyacağıq. Belə söhbətlər mənim xasiyyətimə, tərbiyyəmə yaraşmır. Ayıbdır! Dünən Kərimə zəng vurmamışam, aramızda belə söhbət olmayıb”.


Digər xəbərlər

1.1124091148376