Diplomatlar Lənkərana səfər edib

15:04 29-11-2018 | icon 4058
Diplomatlar Lənkərana səfər edib

Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərləri, onların xanımları cənub bölgəsinə səfəri çərçivəsində Astara rayonu ilə tanışlıqdan sonra noyabrın 27-28-də Lənkəran rayonuna səfərr ediblər. 

Lənkəran İH-dən daxil olan xəbərə görə, səfərdə diplomatik korpusun 70-dək nümayəndəsi iştirak edir. Diplomatların Lənkəranla tanışlığı Olimpiya İdman Kompleksindən başlanıb.

Daha sonra onlar Heydər Əliyev Xatirə Parkı, parkdakı Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi (Xan evi) eksponatları ilə tanış olublar.

Qonaqların növbəti ünvanı şəhərin Qala Xiyabanı olub. Onlar burada Lənkəranda istehsal olunan çay, çəltik, sitrus meyvələri və digər kənd təsərrüfatı məhsullarının, yerli ustaların sənətkarlıq nümunələri və uşaq rəssamlıq məktəbi yetirmələrinin əl işlərindən ibarət sərgilərlə, eləcə də rayonun turizm potensialını əks etdirən buklet və foto-stendlərlə tanış olublar. 

“Azərxalça” ASC-nin Lənkəran filialı ilə tanışlıq da diplomatik nümayəndəliklərin rəhbərlərində zəngin təəssürat yaradıb. 

Çəltik emalı zavodunda olan qonaqlar müəssisənin istehsal prosesini müşahidə etməklə yanaşı, işçilərlə görüşüb söhbət ediblər. 

İstisu və Sağlamlıq Mərkəzində olan qonaqların diqqətinə çatdırılıb ki, Lənkəran İstisu və Sağlamlıq Mərkəzində qan dövranı, sinir, sümük-əzələ sistemləri, birləşdirici toxumanın, tənəffüs orqanlarının, həzm sistemi, maddələr mübadiləsi və qidalanma pozuntuları, dəri və dərialtı toxumanın və digər xəstəliklərin müalicəsi nəzərdə tutulub. Mərkəzin fəaliyyətə başlaması əksəriyyəti yerli işçilər olmaqla təqribən 250 nəfər üçün iş yerinin yaranmasına imkan verəcək... 

Səfirlik və beynəlxalq təşkilatların rəhbərləri Lənkəran Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində yaradılmış şəraitdən də məmnun qalıblar.

Rayonun İstisu qəsəbəsində “Yaşıl çay” MMC-nin çay plantasiyaları ilə tanışlıq diplomatlarda böyük maraq doğurub.  

Diplomatların növbəti tanışlıq ünvanı Hirkan qəsəbəsindəki sitrus plantasiyaları, Hirkan Milli Parkı olub.

 






Digər xəbərlər

0.24996995925903