““Qarabağ”a qol vurmaq yolunu tapa bilmirdik” - Simeone

15:05 29-11-2018 | icon 3542
““Qarabağ”a qol vurmaq yolunu tapa bilmirdik” - Simeone

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının (ÇL) qrup mərhələsində “Qarabağ”la ötəninlki matçları unuda bilmir.

48 yaşlı argentinalı mütəxəssis budəfəki turnirdə “Monako”ya evdə 2:0 hesabıyla qalib gəldikləri qrup matçından sonra Azərbaycan təmsilçiylə matçları da xatırlayıb: ““Qarabağ”la oyunlarda qol vurmağın yolunu necə tapmalı olduğumuzu bilmirdik. Belə turnirlərdə bu məsələni həll etməsəniz, hər şey çox çətin olacaq. Bugünə qədər ÇL-də hər şeyi çox yaxşı etmişik və 1/8 finala vəsiqə qazanmışıq”.


Qeyd edək ki, "Atletiko” Qurban Qurbanovun komandasını məğlub edə bilməyib – 0:0, 1:1. İndisə Madrid təmsilçisi 12 xalla qrupda liderdi və 1/8 finala vəsiqəni artıq təmin edib.

Digər xəbərlər

0.19547200202942