Putindən Tahir Salahova məktub

15:07 29-11-2018 | icon 3970
Putindən Tahir Salahova məktub

Rusiya Prezidenti Vladimir Putin SSRİ-nin və Azərbaycanın Xalq rəssamı Tahir Salahovu 90 illik yubileyi münasibətilə təbrik edib.

 Kremlin saytında yerləşdirilmiş məktubda deyilir:

“Siz nadir istedad sahibi, genişmiqyaslı yaradıcılıq planları quran, sənətinə tələbat duyulan rəssam və pedaqoq kimi tanınmısınız, parlaq istedadlı şagirdlərinizin və davamçılarınızın bütöv bir nəslini tərbiyə etmisiniz. Sizin çoxplanlı, həmişə maraqlı sərgi və bərpa layihələrinin reallaşdırılmasına böyük töhfəniz, incəsənətə sədaqətiniz, əlbəttə, ən dərin hörmətə və ehtirama layiqdir”.

Prezident Vladimir Putin Xalq rəssamı Tahir Salahova cansağlığı diləyib, ən xoş arzularını çatdırıb. 


Digər xəbərlər

0.19489693641663