Müəlliməni rüsvay etməklə şantaj edənlərə hökm oxunub

19:09 30-11-2018 | icon 2523
Müəlliməni rüsvay etməklə şantaj edənlərə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində müəlliməni şantaj edərək pul almaqda təqsirləndirilən Yaqub Zalov və Səkinə Hümbətovaya hökm oxunub. 

Hakim Novruz Kərimovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Y.Zalov 5 il müddətinə azadlıqdan məhrum edilib.

S.Hümbətovaya isə şərti cəza verilib və o, istintaq zamanı azadlıqda olduğu üçün sərbəst qalıb.

İttihama görə, 2018-ci ilin martında Y.Zalov tanışı S.Hümbətovanın vasitəsilə Bakıda məktəblərin birində müəllim işləyən qadını barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 5100 manat alıb. Bir neçə gün sonra növbəti dəfə 500 manat alarkən saxlanılıb.


Digər xəbərlər

0.27556490898132