“5500 pul veririk, müəllim uşaqlara “tupoy” deyir” - Tanınmış liseydən şikayət
Övladları “Evrika” liseyinin 6 D sinfində təsil alan bir qrup valideyn dərs prosesindən narazı olduğu üçün redaksiyamıza müraciət edib. Valideynlər “Qafqazinfo”ya bildiriblər ki, lisey rəhbərliyi onların şikayətlərinə biganə yanaşır:
“Özəl liseydə təhsil daha keyfiyyətli olar deyə övladımızı bu təhsil müəssisəsinə qoymuşuq. İldə nə az, nə çox 5500 manat pul ödəyirik. Otaqlarda kamera sistemi var və dərsləri onlayn izlədiyimiz zaman dəfələrlə sinifdə özbaşınalığın olduğunu, uşaqların müəllimə məhəl qoymadığını görmüşük. Sinif rəhbərlərinin yaşı 60-dan çoxdur, uşaqları sakitləşdirə bilmir. Müəllimlərin dərs davamiyyəti də çox aşağıdır, boş dərslər əvəz olunmur. Musiqi müəlliməsi hər dəfə sinfə girəndə uşaqlara “tupoy” deyir. Direktora, köməkçilərinə müraciət edirik, şikayətimizə baxılmır”.
Valideynlər liseydə müşahidə etdikləri problemlərlə bağlı Təhsil Nazirliyinə də müraciət edib. Qurumdan cavab olaraq bildirilib ki, onlar özəl liseylərə cavabdeh deyil.
“Evrika” məktəbinin direktoru Ofeliya Muradova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yazıda qeyd olunan fikirlər tam həqiqəti əks etdirmir: “Bizim liseyin ana xətti dövlətimiz və xalqımız üçün savadlı, ağıllı, bacarıqlı övladlar yetişdirməkdir. Məktəbin kollektivi bu gün saytınızda dərc olunam yazını, orada irəli sürülən iddiaları müzakirə edib və müvafiq tapşırıqlar verilib. Məqalədə qeyd olunan bəzi fikirlərdə yanlışlığa yol verilməsinə baxmayaraq, biz daim öz üzərimizdə işləyirik. Çalışırıq ki, işimiz maksimum dərəcədə qüsursuz olsun. Valideyn və məktəbin davamlı əlaqədə olması çox vacib şərtlərdəndir və işimizə müsbət təsir edir”.
-
Emin Əmrullayev uşaqları Şuşadan təbrik etdi - Video
...
-
UNEC Zaqatala filialında Azərbaycan Respublikasının müstəqilliyi günü ilə əlaqədar dəyirmi masa keçirilib
...
-
Goranboy rayon Quşçular kənd H.Cəfərov adına tam orta məktəbin direktoru Ceyhun Cahangirov təltif olunub - FOTO
...
-
Mətin Kərimliyə yüksək vəzifə verildi
...
-
Astarada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsil Festivalı keçirilib
...
-
İmtahan sualları bu bunkerdə hazırlanırmış... - Video
...
-
UNEC Zaqatala filialında ümummilli Lider Heydər Əliyevin yüz illik yubileyi ilə əlaqədar rayon məktəblilərinin bilik yarışması keçirilib
...
-
Emin Əmrullayev Londonda forumda iştirak edir
...
-
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyevin görmək istədiyi universitet” mövzusunda Respublika Elmi-praktiki konfrans keçirilib
...
-
UNEC Zaqatala filialı "Heydər Əliyevin İKT siyasəti müasir mərhələdə" mövzusunda tədbir keçirib
...