“Məcəllədə prezident seçkilərinin vaxtı dəyişdirilsin”
Azərbaycan Konstitusiyası ilə Seçki Məcəlləsi arasında olan ziddiyyətin aradan qaldırılması təklif edilir. Bununla bağlı Seçki Məcəlləsinə dəyişiklik edilir və məsələ I oxunuşda parlamentin bugünkü iclasının müzakirəsinə təqdim edilib.
Layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev məlumat verib.
O bildirib ki, prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan qanunvericilik layihəsində qeyd edilir ki, Konstutisiyanın 101-ci maddəsinin I hissəsi, 105-ci maddəsinin I hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcuddur.
Belə ki, növbədənkənar Prezident seçkilərində seçilmiş Prezidentin səlahiyyət müddəti oktyabr ayında yox, 7 il əvvəl Prezident seçildiyi ayda bitir.
Ziddiyyətin aradan qaldırılması məqsədi ilə Seçki Məcəlləsində 178.1-ci maddənin yeni redaksiyada verilməsi təklif edilir. Təklifə əsasən, Seçki Məcəlləsinin 179.2-ci maddəsində müəyyən edilmiş qaydada seçkilərin təyin olunması halları istisna olmaqla, 7 il əvvəl keçirilən Prezident seçkilərində Prezidentin seçildiyi səsvermənin keçirildiyi ayın ikinci həftəsinin çərşənbə gününə Prezident seçkiləri təyin olunur (indiki halda növbəti Prezident seçkiləri 9 aprel 2025-ci ildə təyin olunmalıdır).
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə təyin edilir.
Xatırladaq ki, 2018-ci il aprelin 11-də keçirilən Prezident seçkilərində İlham Əliyev 7 il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilib.
-
Azərbaycan öz sözünə həmişə sadiqdir
...
-
Biz gələcəyə nikbin nəzərlərlə baxırıq
...
-
“AŞPA-dakı çirkin kampaniya nümayəndə heyətimiz üçün dözülməz olub”
...
-
Prezident “Euronews”a müsahibə verib
...
-
Prezident “Gülüstan” sarayında iclasda çıxış etdi - Fotolar
...
-
“Avropa Şurasından tamamilə çıxmaq məsələsinə ciddi baxa bilərik”
...
-
Yeni ədliyyə naziri təyin edildi
...
-
Prezidentin Xocalı sakinləri ilə görüşünün Videosu
...
-
Prezident sakinlərlə Xankəndini gəzdi - Fotolar
...
-
Prezident Xocalı qurbanlarını sükutla yad etdi - Foto
...