İlham Əliyev rumıniyalı həmkarını təbrik etdi

19:43 30-11-2018 | icon 2375
İlham Əliyev rumıniyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev rumıniyalı həmkarı Klaus Verner İohannisə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Rumıniyanın birləşməsinin 100 illiyi münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Rumıniya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, strateji xarakter daşıyan tərəfdaşlığımız, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim sülh və firavanlıq arzulayıram”.


Digər xəbərlər

0.23315501213074