Əli Əhmədov nazir və komitə sədrlərini topladı
Noyabrın 30-da Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası keçirilib.
Iclasda komissiyanın üzvləri və aidiyyəti qurumların nümayəndələri yetkinlik yaşına çatmayanlarla bağlı görülən işlər və qarşıda duran vəzifələrə dair müzakirələr aparıblar.
Baş nazirin müavini, komissiyanın sədri Əli Əhmədov komissiyanın işinin fəallaşdırılmasının önəmini qeyd edib. Əlavə edib ki, bu, yerli icra hakimiyyətləri yanında komissiyaların fəaliyyətində də ciddi irəliləyişlərə gətirib çıxaracaq. Bu da yetkinlik yaşına çatmayanlarla profilaktik işlərin aparılmasına və onların hüquqlarının müdafiəsi istiqamətində atılan addımlara müsbət təsir göstərəcək.
İclasda komissiyanın fəaliyyətinə dair maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycanda uşaq hüquqlarının həyata keçirilməsi və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi müxtəlif qurumlar tərəfindən aparılır. Bu qurumların gördüyü işlərə və onların fəaliyyətinin əlaqələndirilməsinə isə Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya baxır.
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
...
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...