“Böyük yarışlardan sonra valideynlər uşaqlarını idmana yazdırır” - Azad Rəhimov
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresinin Bakıda keçirilməsi Azərbaycana olan böyük etimadın göstəricisidir.
Bu sözləri dekabrın 2-də jurnalistlərə müsahibəsində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, gimnastika üçün çox vacib olan bu tədbirin Bakıda keçirilməsi sevindirici haldır. Gördüyünüz kimi, bütün işlər yüksək səviyyədə təşkil olunub. Bütün tələb olunan məsələləri Azərbaycan Gimnastika Federasiyası müvəffəqiyyətlə həll edib və Konqres çox yüksək səviyyədə keçirilir. Mötəbər tədbirin Bakıda təşkil olunması təsadüfi deyil. Ona görə ki, son illər gimnastika ilə bağlı Azərbaycanda böyük nailiyyətlər əldə olunub, müasir infrastruktur yaradılıb, dünyanın vacib yarışları məhz ölkəmizdə keçirilir.
Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresinə dekabrın 3-də yekun vurulacaq. FIG-in Nizamnaməsinə əsasən, ən yüksək ali orqan sayılan konqresdə 115-dən çox ölkədən 300-ə yaxın nümayəndə iştirak edir.
-
“Neftçi” İdman Klubunun Amputant futbol komandası qələbə qazanıb
...
-
“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi
...
-
Millimiz Tailandda ikinci oldu
...
-
UEFA Azərbaycanın 11 klubuna ödəniş etdi
...
-
Bakıda Olimpiya Təsnifat turniri başlayır
...
-
“Qurban Qurbanov instaqram nədir, onu da bilmir”
...
-
Azərbaycan yığmasının AÇ-dəki rəqibləri bəlli oldu
...
-
Prezidentin nəvəsindən Qara Qarayevə dəstək - Foto
...
-
Bakı kənd və qəsəbələri arasında II minifutbol turnirində növbəti oyunlar keçirilib
...
-
Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçildi
...