UEFA klublar üçün yeni turnir yaratdı
UEFA İcraiyyə Komitəsi 2021-2024-cü illər üçün klublararası üçüncü turnirin yaradıldığını təsdiqləyib. UEL2 adlanan yeni turnir Çempionlar Liqası və Avropa Liqasındakı sxemlə keçiriləcək.
Qrup mərhələsində 32 komanda mübarizə aparacaq. Onlar hər birində 4 komanda olmaqla, 8 qrupa bölünəcəklər. Daha sonra 1/8 final, 1/4 final, yarımfinal və final olacaq. 1/8 final öncəsi əlavə pley-off matçları keçiriləcək. Həmin oyunlarda UEL2 qruplarında 2-ci yeri tutmuş klublarla Avropa Liqasının qrup mərhələsini 3-cü pillədə başa vuran kollektivlər qarşılaşacaqlar.
Yeni turnirdə Avropa Liqasındakı kimi, 15 oyun günü ərzində 141 qarşılaşmanın keçirilməsi nəzərdə tutulur. UEL2-nin qalibi növbəti mövsümün Avropa Liqasına vəsiqə qazanacaq. Oyunlar həftənin 4-cü günləri keçiriləcək. Beləliklə, Çempionlar Liqasının görüşləri 2-3-cü, Avropa Liqası və yeni turnirin matçları 4-cü günlərə təsadüf edəcək. Bütün klub turnirlərinin final oyunları eyni həftədə - çərşənbə (yeni turnir), cümə axşamı (Avropa Liqası) və şənbə (Çempionlar Liqası) günləri keçiriləcək.
Yeni turnir qrup mərhələsində azı 34 (hazırda minimum 26-dı) milli assosiasiyanın avrokuboklarda təmsil olunmasını təmin edəcək və bütün ölkələrin klublarına açıq olacaq. Bütün assosiasiyalar indiki say kvotalarını saxlayacaqlar.
2021-2024 tsiklində Avropa Liqası formatı yeni turnirin formatına uyğunlaşdırılacaq. 1/8 final öncəsi əlavə pley-off raundu tətbiq olunacaq. Burada Avropa Liqası qruplarının ikinci yer sahibləri ilə Çempionlar Liqası qruplarının üçüncüləri qarşılaşacaqlar. Çempionlar Liqası formatı və seçim sxemi dəyişikliyə məruz qalmayacaq.
-
"İQ Sports" media və marketinq agentliyi fəaliyyətə başladı
...
-
Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçi postuna namizəddir - Rəsmi
...
-
I Liqa: "Qaradağ Lökbatan" liderliyini möhkəmləndirdi
...
-
Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
...
-
"Red Bull Four 2 Score Azerbaijan" ölkə finalı keçiriləcək
...
-
Millimizə 20 futbolçu dəvət olundu
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
...
-
Ümumdünya Antidopinq Agentliyi (WADA) 2024-cü il 19 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib
...
-
Azərbaycanın bank sektorunun əməkdaşları Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə keçirilən bilyard turnirində mübarizə aparırlar
...
-
Tarix yazan qızlarımız - Onlar kimlərdir?
...