Cavidlə Müşfiqin görüşü səhnələşdirildi
Azərbaycan prezidenti İlham Əliyevin 17 may 2018-ci il 108 saylı sərəncamına əsasən, şair Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edir.
Növbəti yubiley tədbirini Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Cabir Novruz Fondu birgə təşkil edib.
Naxçıvanda Hüseyn Cavidin məqbərəsi önündə baş tutan tədbiri xalq artisti Nürəddin Mehdixanlı idarə edib.
Ədəbi məclisdə Hüseyn Cavidlə Mikayıl Müşfiqin görüşünü təsvir edən tamaşa nümayiş olunub. Tamaşada Cavid Əfəndi obrazını Naxçıvanın xalq artisti Həsən Ağasoy, Mikayıl Müşfiqi Rza Toğrul, Əhməd Cavadı isə Nürəddin Mehdixanlı canlandırıb.
Elə həyatda da Mikayıl Müşfiqin mənəvi atası sayılan Cavid Əfəndi ilə Müşfiqin görüşü tədbir iştirakçılarına duyğusal anlar yaşadıb.
Tədbir zamanı Prezident təqaüdçüsü, AYB-nın üzvü, bəstəkar- şair Cəlal Qurbanovun Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” əsərinə yazdığı nəzirə də səslənib. “Yenə o Müşfiq olaydı” sözləri ilə başlayan nəzirə böyük şairə bəslənən sevgini təcəssüm etdirib.
Yubiley tədbirindədə əməkdar artist Rəşad İlyasov da çıxış edərək, Mikayıl Müşfiqin şeirinə bəstəkar Cahangir Cahangirovun bəstələdiyi “Həyat sevgisi” mahnını ifa edib.
-
Qətərdə Azərbaycan musiqiləri səsləndi - Fotolar
...
-
"21-ci möcüzə” filminin təqdimatı keçirilib
...
-
“Mehriban Əliyevanın dəstəyi olmasaydı, ən yaxşı halda bu gün əlil ola bilərdim”
...
-
Cavanşir Quliyev səhhətindən danışdı - Video
...
-
Türkiyə istehsalı “Lohusa” komediyası “CinemaPlus”da - VİDEO
...
-
Akademik Musiqili Teatrda “Aysedora” monotamaşasının premyerası olacaq
...
-
“Kurdlar Vadisi” ekranlara qayıdır...
...
-
“Fəlakət” Türkiyənin “Ben bu cihana sığmazam” serialında - Foto
...
-
“Apatiya” filminin qala gecəsi baş tutub
...
-
“CinemaPlus” Ümummilli Liderin səfərləri haqqında filmlərə dəstək olub - VİDEO
...