Prezident büdcədən 5,6 milyon manat ayırdı

21:59 03-12-2018 | icon 3566
Prezident büdcədən 5,6 milyon manat ayırdı

Prezident İlham Əliyev Xəzər rayonunun Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, əlli beş min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisi məqsədi ilə 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,6 milyon (beş milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

 

Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetin isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Digər xəbərlər

0.2650899887085