“Bilsəydim, saçımı kəsdirməzdim” - Qara Qarayev
“Qarabağ”ın futbolçusu Qara Qarayev “Keşlə”yə 5:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XIII tur oyunundan sonra brifinq keçirib. Yarımmüdafiəçi əvvəlcə AVRO-2020-nin püşkünü dəyərləndirib...
- Rəqibllərimizin gücünə real yanaşmalıyıq. Gərək heç bir şey bizi aldatmasın. Xorvatiya ilə bir seçmə mərhələdə oynamışıq. Evdə uğur qazanmışıq, amma digərləri ilə uzun müddətdir ki, qarşılaşmamışıq. Slovakiya və Macarıstanla qarşılaşmalar yadıma gəlmir. İşimiz çox çətin olacaq. Çalışacağıq ki, bacardığımız qədər çox xal toplayaq.
- Hər halda qrupdan çıxmaq haqqında düşünmək çox da real deyil...
- Sizinlə razılaşıram. Oturub burda danışaq ki, "bağ belə, bostan belə”...Amma fakt budur ki, çox çətin qrupdayıq. Bəlkə 6 komandalı qrupda olsaydıq, bizim səviyyədə daha bir komanda olsaydı, daha çox xal toplaya bilərdik.
- İlk oyun Xorvatiyada olacaq. Tariximizdə 0:6 nəticəsi var. Bunu düşünüb təşvişə düşürsünüzmü?
- Elə düşünmürəm. 4 il əvvəl böyük hesabla uduzsaq da, indi əlimizdən gələni edəcəyik ki, uğur qazanaq, yaxşı oynayaq. Nəinki Xorvatiya, bütün səfər matçlarından yaxşı nəticə ilə gəlmək istəyirik.
- Yeni imicinizlə bağlı nə deyə bilərdən?
- Məncə, bunun müzakirəyə çıxarılması doğru deyil. Saçdı da, kəsdirdim, vəssalam. Sabah sarı gödəkçə geyinsəm, bu da xəbər olacaq? Bilsəydim, saçımı kəsdirməzdim, bu qədər diqqət çəksin, bunu düşünmürdüm. Bilsəydim, bu qədər adam paylaşacaq, danışacaq, heç eləməzdim. İndiki zamanda daha çox idmanla, özümüzlə bağlı düşünməliyik. Saç, imic kimi mövzular ikinci dərəcəlidi.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...